NATO-nun baş katibi Ukrayna məsələsində Rusiyaya xəbərdarlıq etdi: "Güzəştə getməyəcəyik”

  • 21:02 - 19 Yanvar

NATO-nun baş katibi Yens Stoltenberq “Rusiya təhlükəsi qarşısında” Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib. 

Avropa.info xəbər verir ki, Stoltenberq sosial şəbəkələrdə Ukrayna dövlətinin başçısı ilə apardığı telefon danışığına münasibət bildirib. 

Baş katibin sözlərinə görə, NATO müttəfiqləri Rusiyanı dərhal gərginliyi azaltmağa çağırıb. 

“Biz Rusiya ilə dialoq qurmağa hazırıq, lakin Şimali Atlantika Alyansının əsas prinsiplərində güzəştə getməyəcəyik”, - Stoltenberq bildirib. 

Rusiya Ukrayna ilə sərhəddə hərbi varlığını artırdıqdan sonra Qərblə gərginlik güclənib. Moskva ABŞ və NATO-ya Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəlməyi təklif edib. 

Xatırladaq ki, ötən həftə Rusiya, ABŞ və NATO arasında bu məsələ ilə bağlı aparılan danışıqlar heç bir nəticə verməyib. 

Rusiya Ukraynaya qarşı aqressiv mövqe tutmaq niyyətində olduğu iddialarını rədd edir və NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təminat tələb edir.


Oxunma sayı: 1827

Oxşar yazılar