Ərdoğan: Türkiyə dünyanın aparıcı güclərindən birinə çevrilməyi hədəfləyir

  • 20:55 - 19 Yanvar

Türkiyə öz inkişafının kritik mərhələsini yaşayır və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməyi hədəfləyib. 

Avropa.info xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Kompleksində yerli administrasiya rəhbərlərinin iclasında bildirib. 

Onun sözlərinə görə, bu gün Türkiyə müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyatda uğur qazanır. 

“Son illərdə Türkiyədə hava limanlarının sayı 56-ya çatıb, meqa infrastruktur layihələri uğurla həyata keçirilir. Pandemiya fonunda dünyanın bir çox ölkəsi Türkiyənin səhiyyə sisteminin təcrübəsi ilə maraqlanır”, - deyə Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Türkiyə əleyhinə olan dairələrin planlarının əksinə olaraq, Ankara hərbi sənaye kompleksini inkişaf etdirməkdə davam edir. 

“Türkiyənin müdafiə sektorunda heç bir mühüm nailiyyət əldə edə bilməyəcəyini deyən ölkələr bu gün türk silahlarının alınması üçün ərizə doldurur. Müdafiə sektorunda idxalı əvəzləmə səviyyəsi 20 faizdən 80 faizə yüksəlib. Biz dünyanın aparıcı dövlətlərinin maraqlandığı pilotsuz uçuş aparatları yaratmışıq”, - deyə prezident vurğulayıb. 

Dövlət başçısı Türkiyədə vəziyyətin sabitliyini pozmaq və Türkiyə iqtisadiyyatına ziyan vurmaq cəhdlərinə diqqət çəkib. 

Ərdoğan əmin edib ki, Türkiyədə inflyasiyanın səviyyəsi tezliklə azalacaq. Prezident əlavə edib ki, Türkiyə hökuməti artıq məzənnənin kəskin artması ilə bağlı bazarlarda dəyişiklikləri proqnozlaşdırmır.


Oxunma sayı: 3378

Oxşar yazılar