Kreml Ərdoğanın Putin və Zelenskinin Türkiyədə görüşmək təklifini ŞƏRH ETDİ

  • 20:48 - 19 Yanvar

Rusiya Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayır. 

Avropa.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında bu ölkədə danışıqlar aparmaq təklifini şərh edərkən deyib. 

Peskovun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları Kiyev tərəfindən Minsk razılaşmalarının icrasının ləngiməsi ilə bağlıdır. 

“Türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər götürülmüş razılaşmaları və öhdəlikləri yerinə yetirməyə sövq edə bilsələr, bu, yalnız müsbət qarşılana bilər. Bəzi kontaktların yeri ikinci dərəcəlidir. Əsas odur ki, Ukraynaya təsir etsin”, - Kreml sözçüsü bildirib. 

Peskov Ukraynadakı vəziyyəti son dərəcə gərgin adlandırıb və əlavə edib ki, Rusiya Federasiyası Ukraynaya silah tədarükü, hərbi manevrlər və NATO və Qərbi Avropa təyyarələrinin bu ölkəyə uçuşlarını qeyd edir. “Bütün bunlar Ukrayna ətrafında gərginliyin artmasına gətirib çıxarır. 

Peskov yaxın günlərdə ABŞ-dan təhlükəsizlik zəmanətlərinə cavabın alınacağına da ümid etdiyini bildirib. 

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezident administrasiyasının mətbuat katibi İbrahim Kalın bəyan etmişdi ki, Ankara Moskva ilə Kiyev arasında gərginliyin azaldılması üçün istənilən mümkün rolu oynamağa hazırdır. 

Kalın bildirib ki, bu münasibətlə prezident Ərdoğan hər iki ölkənin liderləri ilə danışıqlar aparıb. 

“Ərdoğan hətta onları (Rusiya  və Ukrayna prezidentlərini) Türkiyəyə gəlməyə və problemləri və fikir ayrılıqlarını həll etmək üçün burada görüş keçirməyə dəvət etdi. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik”, – Türkiyə liderinin sözçüsü bildirib.


Oxunma sayı: 3257

Oxşar yazılar