Azərbaycanda 1 151 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

  • 18:35 - 19 Yanvar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.

Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib - Gallery Image


 


Oxunma sayı: 2399

Oxşar yazılar