SON DƏQİQƏ: Türkiyə Rusiya- Ukrayna arasında vasitəçilik missiyasını üzərinə götürür - Ərdoğan Kiyevə gedir - RƏSMƏN AÇIQLANDI

  • 16:03 - 19 Yanvar

"Türkiyə Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün oynaya biləcəyi istənilən rolu öz üzərinə götürməyə hazırdır. Biz bunu həm Rusiyaya, həm də Ukraynaya dost ölkə, həm də NATO müttəfiqi olaraq edirik.Yaxın bir neçə həftə ərzində Prezidentimiz Ərdoğan Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın,Türkiyə olaraq iki ölkə arasında baş verən prosesləri böyük narahatlıqla izlədiklərini bildirib: 

 "Çünki bu proseslərdə çox böyük təhlükə var. Öncəliklə bunu deməliyəm ki, biz Ukraynada və ya Rusiyada hər hansısa münaqişə, müharibə görmək istəmirik. Biz Ukraynanın ərazi bütövlüyünü və siyasi suverenliyini, Ukrayna xalqının, Ukraynada bərabərhüquqlu vətəndaşlar kimi dinc yaşayan bütün vətəndaşların sosial birliyini tam dəstəkləyirik. Hər hansısa bir savaş görmək istəmirik. Suriyada, İraqda və dünyanın digər yerlərində yetərincə savaş var. Buna görə də biz hər iki tərəfə, ukraynalılara və ruslara deyirik ki, hər hansı bir hərbi əməliyyatdan qaçmaq üçün təmkinli davransınlar. 

İbrahim Kalın Qazaxıstan hadisələrinə rəy bildirdi

İbrahim Kalın

Biz nə qədər "savaşdan uzaq olun" çağırışı etsək də, gərginliyin davam edəcəyini görürük. Bəlkə başqa cür gərginliklər,təhdidlər, sahədə hərəkətlər olacaq. Mütləq savaş biçimində deyil, başqa bir şəkildə. Bu səbəbdən də hər şeyi diqqətə almalıyıq. Xatırlatmaq istədiyim bir digər məsələ Rusiya ilə Qərb ittifaqı arasındakı dialoqun hazırda Ulrayna məsələsinə görə çətin olmasıdır. NATO və Rusiya dialoqunun nədən dayandığını əlbəttə bilirik. Bunun səbəbi 2014-cü ildə Krımın ilhaqıdır", - deyə Kalın qeyd edib.

Avropa.info


Oxunma sayı: 15423

Oxşar yazılar