Xaçmazda DƏHŞƏT: anasını balta ilə qətlə yetirib, 6 gündür gizlənir... - FOTO

  • 14:08 - 19 Yanvar

Xaçmazda 6 gün əvvəl anasını balta ilə qətlə yetirən şəxs axtarılır.

DİN-dən Avropa.info-ya verilən məlumata görə, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd olunub ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Xatırladaq ki, yanvarın 13-də Xaçmazın Əzizli kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanovaya oğlu tərəfindən balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Sultanova bir gün sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.


Oxunma sayı: 4203

Oxşar yazılar