Qazaxıstan parlamenti Nazarbayevin bu vəzifələrini ləğv etdi

  • 13:59 - 19 Yanvar

Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına  və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Avropa.info xəbər verir ki, bu barədə parlamentin deputatı Kanat Nurov öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, "Qazaxıstan Respublikasının birinci prezidenti - "Elbaşı (millət lideri - red.) haqqında", "Qazaxıstan Xalq Assambleyası haqqında" və "Təhlükəsizlik haqqında" konstitusiya qanunlarına bütün zəruri düzəlişlər edilib. 

Deputat qeyd edib ki, Qazaxıstan Xalqları Assambleyasına və Təhlükəsizlik Şurasına sədrlik şəxsiyyətinə görə deyil, vəzifəsinə görə Qazaxıstan Respublikasının Prezidentinə məxsusdur.


Oxunma sayı: 5633

Oxşar yazılar