Qazaxıstan prezidenti Milli Qvardiyanın komandanı və müdafiə nazirini dəyişdi

  • 13:53 - 19 Yanvar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Ruslan Jaksılykovu respublikanın müdafiə naziri təyin edilib. 

Avropa.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Həmin gün dövlət başçısı Jaksılykovu daxili işlər nazirinin müavini - Qazaxıstan Milli Qvardiyasının Ali Baş Komandanı vəzifəsindən azad edib. 

55 yaşlı Jaksılıkov müxtəlif illərdə Qazaxıstan Milli Qvardiyasının baş komandanı, respublika Daxili İşlər Nazirliyinin daxili qoşunlarının baş komandanı vəzifələrində çalışıb.

Bundan əlavə, Qazaxıstan prezidentinin sərəncamı ilə Yerkin Botakanovu daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Ali Baş Komandanı təyin edilibb. O, bundan əvvəl Milli Qvardiyanın Ali Baş Komandanının birinci müavini - Baş Qərargah rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, yanvarın 11-də Tokayev Qazaxıstan hökumətinin yeni tərkibini təsdiqləyib. O zaman Murat Bektanov müdafiə naziri vəzifəsini saxlamışdı.


Oxunma sayı: 3158

Oxşar yazılar