Bu ölkənin prezidenti koronavirusa yoluxdu
- 13:15 - 19 Yanvar
Paraqvay prezidenti Mario Abdo Benites COVID-19-a yoluxub.
Avropa.info xəbər verir ki, Paraqvay Səhiyyə Nazirliyinin Twitter səhifəsində dövlət başçısının koronavirus testinin nəticələrinin müsbət olduğu bildirilib.
Məlumatda bildirilib ki, prezidentdə koronavirusun simptomları yüngüldür, lakin mövcud protokollara uyğun olaraq, karantin davam edəcək.
Mario Abdo Benites daha əvvəl də koronavirusa qarşı peyvənd olunub.
Ötən gün dövlət başçısı ölkənin birinci xanımında koronavirus testinin müsbət nəticə verməsi ilə əlaqədar özünü təcrid edib.
Cənubi Amerikanın 7 milyon əhalisi olan ölkəsində pandemiyanın başlanğıcından indiyədək 510 minə yaxın koronavirusa yoluxma halı aşkarlanıb, 16 866 nəfər ölüb.