Bu ölkə enerji böhranından çıxmaq üçün fövqəladə vəziyyət tətbiq etməyə HAZIRLAŞIR

  • 13:10 - 19 Yanvar

“Qazprom” yanvarda “Moldovaqaz”a cari istehlakı ödəmək üçün möhlət verməkdən imtina edərsə, Moldova enerji böhranından çıxmaq üçün mümkün tədbirlərdən biri kimi enerji sektorunda fövqəladə vəziyyət tətbiq etməyə hazırdır. 

Avropa.info xəbər verir ki, bu barədə Moldovanın baş naziri Nataliya Qavrilitsa mətbuat konfransında bildirib. 

"Moldovaqaz 30 milyon dollar civarında kəsir gözləyir. Biz "Energocom" və ƏDV ödənişlərinin təxirə salınmasından danışdıq. Hələ bir az məbləğ qalıb. Biz “Qazprom”la müzakirə edirik ki, tarifə yenidən baxılana qədər bu kənarlaşmalar təxirə salınmalıdır. Biz “Qazprom”un cavabını bilmirik və istənilən ssenariyə hazırıq. Cavabdan asılı olaraq biz enerji sektorunda fövqəladə vəziyyət elan etməyə hazırıq”, - deyə Qavrilitsa bildirib. 

Baş nazirin müavini - infrastruktur və regional inkişaf naziri Andrey Spinunun sözlərinə görə, Moldova yanvarda qaz istehlakına görə ilkin ödənişin ödənilməsi problemi ilə bağlı "Qazprom"dan həllini gözləyir. 

Baş nazirin müavininin sözlərinə görə, müqaviləyə əsasən, “Moldovaqaz”ın müqaviləyə uyğun olaraq, yanvarın 20-dək avansın tam ödənilməsi üçün 25-30 milyon dollar çatışmır. 

Baş nazirin müavini bildirib ki, bazar ertəsi o, bu mövzunu “Qazprom”un rəhbəri Aleksey Millerlə və “Moldovaqaz”ın Müşahidə Şurasının iclasında müzakirə edib. O, həmçinin bildirib ki, hər iki tərəf bir sıra məqamlara münasibət bildirdiyi üçün müqavilənin bəzi müddəalarına yenidən baxıla bilər. 

“Qazprom”la mavi yanacağın tədarükünə dair müqavilənin müddəalarına əsasən, Moldova tədarükçüsü son bir ay ərzində istehlak etdiyi qazın haqqını vaxtında ödəməyə, habelə yeni ay üçün avans ödənişinin 50 faizini ödəməyə borcludur. .


Oxunma sayı: 5677

Oxşar yazılar