Oğurladığı heyvanları borcu olan adama verdi - FOTO

  • 18:10 - 19 Yanvar

Lənkəran rayonu, Xanbulan kəndi ərazisindəki evlərdən birinin həyətindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb.

Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə pulun müqabilində verdiyi müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Əmrah Məmmədli

Oxunma sayı: 6469

Oxşar yazılar