“Qorbaçov ermənilərə satılmışdı” - Xələf Xələfov

  • 12:59 - 19 Yanvar

O dövrdə Azərbaycanın digər böyük şəhərlərinə, o cümlədən Bakıya sovet qoşunlarının yeridilməsinin əsas məqsədi alovlanan azadlıq hərəkatını qırmaqdan ibarət olub.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Məhz 20 Yanvar terror aktının, bu hərbi təcavüzün qəddarlığının mahiyyəti bundan ibarət idi. Ona görə də dünyada bir dövlət misli görünməmiş şəkildə öz millətinə qarşı silahlı qüvvələrdən istifadə etdi və bundan ötrü dövlətin başçısı əmr verdi. Bu hadisələri, cinayətləri törədən siyasi hakimiyyətin başçısı Mixail Qorbaçov idi. Qorbaçov ermənilərə satılmışdı. Qorbaçovun satqınlıq planları əsasında bu təcavüz həyata keçirildi. Azərbaycan xalqına həmin gün divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi. Bunların içərisində qadınlar, uşaqlar, qocalar, alimlər, təcili tibbi yardımın işçiləri var idi”, - nazir müavini deyib.


Oxunma sayı: 3015

Oxşar yazılar