Abşeronun icra başçısı vəzifəsindən azad edildi – Yeni TƏYİNAT

  • 12:55 - 19 Yanvar

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Avropa.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.

Prezidentin digər sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidenti sərəncamına əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 


Oxunma sayı: 6931

Oxşar yazılar