Uşaq bağçalarında çalışanların əmək haqları QALDIRILDI

  • 16:58 - 19 Yanvar

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.

Avropa.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olacaq:

Sıra №-siVəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.İdarə rəisi864
2.İdarə rəisinin müavini624
3.Baş mühasib, sektor müdiri565
4.Baş mühasibin müavini, baş məsləhətçi534
5.Metodiki Mərkəzin müdiri516
6.Aparıcı məsləhətçi500
7.Məsləhətçi486
8.Metodist470
9.Bölmə rəhbəri450
10.Böyük iqtisadçı, böyük mühasib444
11.Aparıcı mühasib430
12.İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis415
13.Avtomobil sürücüsü400
14.Katibə-kompüter operatoru354
15.Xadimə, fəhlə325

Qeyd edək ki, qərarda uşaq bağçaları İcra Hakimiyyətinin tabeliyində kimi qeyd olunsa da, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 dekabr 2021-ci il tarixindən etibarən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.


Oxunma sayı: 2366

Oxşar yazılar