Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 7 YPG terrorçusunu məhv etdi

  • 16:23 - 19 Yanvar

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasını atəşə tutan və daxil olmağa çalışan 7 YPG terrorçusunu (PKK-nın Suriya terror qanadı) zərərsizləşdirib. 

Avropa.info bildirir ki, bu barədə çərşənbə günü Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb. 

Silahlıların koordinatları artilleriya bölmələrinə ötürülüb, onlar Suriyanın bu hissəsində vəziyyəti sabitliyi pozmağa çalışan silahlıları məhv ediblər.


Oxunma sayı: 1442

Oxşar yazılar