Baş nazir Əli Əsədov qərar imzaladı: Bu şəxslərin də maaşları artırıldı

  • 15:21 - 19 Yanvar

Baş nazir Əli Əsədov Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında qərar verib.

Avropa.info bildirir ki, qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu Qərarın 1-18 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilib.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilib.


Oxunma sayı: 10000

Oxşar yazılar