Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi – FOTO

  • 11:48 - 19 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək və həll etmək üçün Türkiyəyə dəvət edib. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın "Circle Foundation" analitik mərkəzinin onlayn şəkildə təşkil etdiyi “Rusiya və Ukrayna arasında gərginliyin Avropa və NATO-ya mümkün təsiri” mövzusunda panel müzakirəsi zamanı deyib.

"Türkiyə Rusiya və Ukrayna arasında gərginliyin azaldılması üçün oynaya biləcəyi istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik", -deyə o bildirib.

Mövzunun bir müddətdir gündəmdə olduğuna və gərginliyin artdığına diqqət çəkən Kalın, Türkiyənin də hadisələri böyük narahatlıqla izlədiyini və bu gərginliyin risklər gətirdiyini bildirib. 

Türkiyənin Ukraynada və ya Rusiya ilə Ukrayna arasında heç bir hərbi əməliyyat, qarşıdurma, müharibə istəmədiyini vurğulayan Kalın deyib: “Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial bütövlüyünü tam dəstəkləyirik”. 

Ankara yeni müharibə görmək istəmir; Suriya, İraq və dünyanın digər yerlərində bunu kifayət qədər gördüklərini ifadə edən Prezidentin sözçüsü hər iki tərəfi təmkinli olmağa çağırıb. 

Bununla belə, mövcud problemin Rusiya ilə Ukrayna arasındakı gərginlikdən kənar bir ölçüsü olduğunu deyən Kalın, geosiyasi reallıqların soyuq müharibədən sonrakı 30 ildə çatdığı nöqtəyə işarə edib.


Oxunma sayı: 2443

Oxşar yazılar