Türkiyədən Ermənistana uçuşlar BU TARİXDƏN başlayacaq – UÇUŞ CƏDVƏLİ

  • 11:31 - 19 Yanvar

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İrəvan və İstanbul arasında uçuşların başlama tarixini açıqlayıb. 

Avropa.info bildirir ki, agentliyin məlumatına görə, ilk uçuşlar 2 fevral 2022-ci il çərşənbə gününə planlaşdırılıb. 

Türkiyənin Nəqliyyat Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlara diqqət çəkib. 

Uçuşlar həftədə üç dəfə Türkiyənin “Pegasus” aviaşirkəti tərəfindən Sabiha Gökçen hava limanından həyata keçiriləcək. Ermənistanın “Fly One Armenia” aviaşirkətinə də İstanbul və İrəvan arasında üç reys həyata keçirməyə icazə verilib. 

"Fly One Armenia" reysi fevralın 2-də yerli vaxtla saat 19:50-də İstanbul hava limanına enəcək, Pegasus reysi isə həmin gün (saat 23:35-də) Sabiha Gökçen hava limanından İrəvana uçacaq.


Oxunma sayı: 4115

Oxşar yazılar