Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

  • 13:09 - 19 Yanvar

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.

Avropa.info metbuat.az-a istinadən xəbər verir ki, MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:

"Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm".

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.


Oxunma sayı: 2872

Oxşar yazılar