Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlinə qarşı HÖRMƏTSİZLİK - FOTO (YENİLƏNİB)

  • 08:38 - 19 Yanvar

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu Avropa.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırma davam edir.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

***

00:28

Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlinə qarşı  hörmətsizlik edilib.

Avropa.info xəbər verir ki, heykəlin üzərində olan təsbeh hələ kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən qırılıb.

Məsələni əməkdar artist Bəhram Bağırzadə sosial media hesabında ictimailəşdirib. Qırılmış təsbehin şəklini paylaşan Bağırzadə, "Bizə düşmən lazım deyil", yazıb.

Xatırladaq ki, heykəlin açılışı dünən olmuşdu. Əsərin müəllifi xalq rəssamı Xanlar Əhmədovdur. 


Oxunma sayı: 13586

Oxşar yazılar