PSJ Zidanı baş məşqçi postuna gətirməyə hazır olduğunu təsdiqləyib

  • 18:55 - 18 Yanvar

Zinəddin Zidan

Fransanın PSJ klubunun rəsmiləri İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla yeni görüş keçiriblər.

60 yaşlı mütəxəssis yayda Maurisio Poçettinonu əvəzləməli olduğu barədə təsdiq mesajı alıb.

Poçettino mövsümün sonunda Paris təmsilçisini tərk etməyə və İngiltərə "Mançester Yunayted"inin sükanı arxasına keçməyə hazırdır.

Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir. PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.(report) 

  •  

Oxunma sayı: 8625

Oxşar yazılar