Azərbaycanın qaytardığı 6 erməni hərbçiyə İrəvanda cinayət işi açıldı - Həbs olunanlardan üçü zabitdir

  • 00:09 - 18 Yanvar

Ötən ilin noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana qaytarılan altı hərbçidən heç biri zərərçəkmiş kimi tanınmayıb.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb. 

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən erməni mətbuatına bildirilib ki, Azərbaycan tərəfindən qaytarılan 26 hərbçidən 6-sı barəsində cinayət işi başlanıb və onlar həbs edilib.

Həbs olunanlar arasında üç zabit də var. Onların heç biri zərərçəkmiş kimi tanınmayıb.


Oxunma sayı: 10099

Oxşar yazılar