Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının növbəti ümumi yığıncağı keçirilib – FOTO

  • 11:37 - 17 Yanvar

Bu gün "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası" -nın növbəti ümumi yığıncağı keçirilib.

Avropa.info xəbər verir ki, açılış sözü ilə çıxış edən federasiyanın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov yığıncağın məqsəd və məramından danışaraq gündəlikdə olan məsələlər haqqında qonaqlara məlumat verib. 

Taleh Həsənov çıxışında son - 2021-ci ilin yekunları üzrə hesabat xarakterli olaraq görülmüş işlərdən danışıb. O, inkişaf üçün labüd addımların məzmunu və yeni təqvim ilinə nəzərdə tutulmuş planlar haqqında məruzə edib. Görüş zamanı bu məsələlər idarə heyəti üzvləri arasında ətraflı müzakirə olunub və uyğun qərarlar qəbul edilib. 

Taleh Həsənov çıxışı zamanı federasiyanın prezidenti Aqil Acalova son illərdə federasiya üçün gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O bildirib ki, Aqil Acalov ona göstərilən etimadı doğruldaraq Federasiyanın dinamik  inkişafı və ardıcıl uğurlar qazanması ıüçün əlindən gələni edib. 

Daha sonra çıxış edən Aqil Acalov öz növbəsində ona göstərilən etimada görə Taleh Həsənova öz minnətdarlığını bildirərək bundan sonra da Federasiyasının inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib. 

Yığıncaq zamanı Braziliya Ciu-Citsu Federasiyasının yeni idarə heyəti, icra heyəti və tədris komitəsi üzrə paytaxt və regionlarda yeni vəzifələrə təyinatlar olub. 

Federasiyanın prezidenti vəzifəsinə təşkilatın idarə heyətinin sədri Taleh Həsənov tərəfindən tək namizəd olaraq Aqil Acalov yığıncağa təklif edilib və ümum heyət tərəfindən tam tərkibin leyhinə qərarı ilə Aqil Acalov yenidən federasiyanın prezidenti seçilib.

Yığıncaq zamanı həmçinin Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib postlarına təyinat alıblar. Həmçinin idarə heyətinin bir sıra postlarına da təyinatlar olub.

Bundan əlavə, Federasiyanın Bakı və Sumqayıt şəhərlərindən başqa Gəncə, Qazax, Quba, Şamaxı kimi digər regionlarda da filialları və oradakı məsul şəxslərin adları təsdiqlənib. Həmçinin federasiya tərəfindən 2022-ci il ərzində keçiriləcək yarışların, turnirlərin və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb. 

Sonda yığıncaq iştirakçılarına vəsiqə və sertifikatlar təqdim edilib.


Oxunma sayı: 6018

Oxşar yazılar