Ölkəmizi xaricdə tanıdan məşhur idmançımız – FOTO

  • 20:59 - 16 Yanvar

Bu gün sizə ölkəmizi xaricdə tanıdan məşhur idmançılarımızdan olan Fərid Ağayevdən bəhs edəcəyik.

Avropa.info xəbər verir ki, Fərid Ağayev 1988-ci ilin fevral ayının beşində Bakıda dünyaya göz açıb. 

Bakı şəşhəri 24 saylı orta məktəbi bitirən idmançı daha sonra Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur və oranı qırmızı diplomla başa vurur. 

Hərbi xidmətini Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində başa vuran idmançı daha sonra idman karyerası boyunca bir sıra nailiyyətlərə imza atıb.

2005, 2006, 2007, 2008, 2009-ci illərdə ölkəmizdə yeniyetmələr arasında keçirilən boks üzrə yarışlarda respublika birincisi olub.

Bundan başqa, Fərid Ağayev 2006-cı ildə Heydər Əliyev kubokunun sahibi, Albaniyanın Tirana şəhərində keçirilən yarışda Avropa çempionatında Avropa 3-cüsü olub.

2007-ci ildə SSRİ-nin əməkdar idman ustası, mərhum boksçu Abbas Ağalarovun xatirəsinə həsr olunan gənc boksçuların beynəlxalq turnirində çempion, həmin ildə Macarıstanın Şiafok şəhərində keçirilən çempionatda isə Avropa üçüncüsü olub. 

Daha sonra idmançı 2008-ci ildə Vladimir Kliçko turnirinin birincisi, 2009-cu ildə kişilər arasında dünya cempionatının birincisi, 2010-cu ildə tələbələr arasında Avropa ikincisi, 2011-ci ildə neft ölkələri arasında keçirilən çempionatda dünya birincisi olub.

2012-ci ildə ABŞ-ın Mayami ştatına köçən Fərid Ağayev 2013-cü ildə dünya şöhrətli boksçu Mayk Taysonun təsis etdiyi “Iron Mike Promotions” təşkilatı ilə müqavilə bağlayıb. 

Bu müqavilədən sonra Fərid Ağayev ABŞ-da bir sıra döyüşlər keçirib.

 

 

 


Oxunma sayı: 8515

Oxşar yazılar