Ağdamda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb - FOTO

  • 18:40 - 15 Yanvar

Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ağdamda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb - FOTO


 


Oxunma sayı: 4434

Oxşar yazılar