Qazaxıstanın daha 4 vilayətində fövqəladə vəziyyət ləğv edildi

  • 17:13 - 14 Yanvar

Qazaxıstanın bir sıra vilayətlərində fövqəladə vəziyyət ləğv olunub.

Avropa.info xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra ərazilərdə fövqəladə vəziyyət rejiminin ləğvi haqqında fərman imzalayıb. 

O cümlədən, Qazaxıstanın Çimkent, Şərqi Qazaxıstan, Karaqanda, Türküstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. 

Fövqəladə vəziyyət daha əvvəl Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində ləğv edilib.


Oxunma sayı: 1079

Oxşar yazılar