Küveytin ən böyük neft emalı zavodunda yanğın: 10 nəfər xəsarət alıb

  • 17:10 - 14 Yanvar

Küveytin Mina əl-Əhmədidə ən böyük neft emalı zavodunda baş verən yanğında 10 nəfər xəsarət alıb. 

Avropa.info bildirir ki, ölkənin Milli Neft Korporasiyasının “Twitter” səhifəsində verilən məlumata görə, yanğın nəzarət altına alınıb. 

Yanğın qazın mayeləşdirilməsi zavodunda təmir işləri aparılan zaman baş verib. 

Neft şirkəti dərhal Fövqəladə Hallar Planını işə salsa da, yanğın nəticəsində 10 əməkdaş xəsarət alıb. 

Xəsarət alan yeddi nəfər xəstəxanaya çatdırılıb, onlardan beşi ağır, ikisi isə orta dərəcəli yanıq xəsarətləri alıb. 

Daha sonra Küveytin Milli Neft Korporasiyası yanğının tamamilə qarşısının alındığını bildirib.


Oxunma sayı: 1024

Oxşar yazılar