Lavrov: Türkiyə və Rusiyanın təşəbbüsləri Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına kömək edib

  • 17:05 - 14 Yanvar

Türkiyə və Rusiyanın təşəbbüsləri regional problemlərin aradan qaldırılmasına töhfə verərək Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına kömək edib. 

Avropa.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında Anadolu agentliyinin müxbirinin sualını cavablandırarkən deyib. 

Sual Türkiyə və Rusiyanın Cənubi Qafqazda sabitliyi təmin etmək səylərinə, Gürcüstanın 3+3 platformasının işində iştirakına və Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Moskva görüşünə aid olub. 

Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Moskva Cənubi Qafqazda sabitliyin təmin edilməsi təşəbbüslərini dəstəkləyir və bu prosesdə fəal iştirak edir. “Bu təşəbbüslər Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir və digər məsələlərlə yanaşı, iki ölkə arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal, daha səmərəli həllinə şərait yaratmağa kömək edir”, - nazir bildirib. 

Lavrov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3+3 əməkdaşlıq platformasının yaradılmasını təklif ediblər və bu platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada keçirilib. 

Rusiyalı nazir qeyd edib ki, Gürcüstan bu təşəbbüsə qoşulmayıb. 

“Biz bu təşəbbüsün birləşdirici potensialını görərək fəal şəkildə dəstəklədik. Və dərhal onun müzakirəsinin ilk günlərindən və Moskvada keçirilən görüşə hazırlıq zamanı gürcü qonşularımızın da bu prosesə cəlb olunmasını müdafiə etdilər. Ona görə ki, ünsiyyət üçün imkanlar nə qədər çox olsa, qalan problemlərin həlli bir o qədər yaxşıdır”, - Lavrov əlavə edib. 


Oxunma sayı: 1035

Oxşar yazılar