Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verilib

  • 18:20 - 14 Yanvar

Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib.

Rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

  •  

“Türkiyə Milli Müdafiə Sanayesi atdığı uğurlu addımlarla çirkli oyunları pozan ölkə oldu. Ölkəmizin bu uğurları son illər dünyanın dörd bir tərəfindəki xalqlar üçün ümid qaynağına çevrilib”, - Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə terrorla mübarizə və digər sahələrdə apardığı fəaliyyətinə görə milli müdafiə sənayəsinə borcludur.

Ərdoğan vurğulayıb ki, Türkiyə istehsalı olan silah-sursatı hər il daha çox ölkə alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.

Qeyd edək ki, gəmi 2019-cu ildə inşa olunub.(APA) 


Oxunma sayı: 1134

Oxşar yazılar