Baş nazir parlamentdəki debatlardan sonra koronavirusa yoluxdu

  • 17:19 - 14 Yanvar

İsveçin baş naziri Maqdalena Anderssonun COVID-19 testi pozitiv çıxıb. 

Avropa.info bildirir ki, bu barədə cümə günü TT agentliyi məlumat yayıb.

"Baş nazirin sürətli testi müsbət çıxdı. O, mövcud təlimatlara əməl edir və işini evdən görəcək", -deyə Anderssonun sözçüsü bildirib. O qeyd edib ki, baş nazir özünü yaxşı hiss edir. 

Cümə axşamı, yanvarın 12-də parlamentdə ilin ilk müzakirəsindən sonra iki partiya liderinin COVID-19-a yoluxduğu məlum olub. 

Ətraf Mühit Partiyasının rəhbəri Per Bulund və Mərkəz Partiyasının sədri Enni Löf sürətli testlərinin müsbət olduğunu bildiriblər. Hər iki siyasətçi mövcud qaydalara uyğun olaraq təcili karantin elan edib.


Oxunma sayı: 1211

Oxşar yazılar