Lavrov Ermənistan-Azərbaycan sərhədi ilə bağlı xəritələrdən DANIŞDI

  • 15:35 - 14 Yanvar

“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına tezliklə başlanmasının tərəfdarıyıq”.

Avropa.info xəbər verir ki, bunu cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. 

"Dünən mən yeni təklifləri olan bir erməni həmkarımla danışdım, biz onları Bakıya çatdırırıq. Onun (komissiyanın) mümkün qədər tez işləməsinə baxacağıq", - deyə o bildirib. 

“Bu komissiyanın gündəliyinə prioritet kimi həll edilməli olan məsələləri daxil etməklə yaratmaq optimaldır”, - Lavrov əlavə edib. 

Rusiya XİN rəhbərinin qeyd edib ki, Bakı və İrəvan komissiyanın yaradılması ilə bağlı öz təkliflərini verirlər, lakin bu məsələdə fikir ayrılıqları qalmaqdadır. 

"Komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır. Hazırda bu şərtlər müzakirə olunur. Orada fikir ayrılıqları var", - deyə nazir əlavə edib. 


Oxunma sayı: 1112

Oxşar yazılar