Lavrov Türkiyə-Ermənistan dialoqundan danışdı

  • 16:12 - 14 Yanvar

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyirik və bu səylərdə aktiv iştirak edirik".

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında deyib.

“Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına, mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - XİN başçısı vurğulayıb.

O xatırladıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib: "Biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Ümid edirəm ki, görüş uğurlu olacaq".


Oxunma sayı: 1068

Oxşar yazılar