Sergey Lavrov: "İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik"

  • 15:39 - 14 Yanvar

Gürcüstanın Cənubi Qafqazla bağlı “3+3” formatına qoşulması onu siyasi mövqelərini dəyişməyə məcbur etməyəcək. 

Avropa.info xəbər verir ki, bunu cümə günü Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”, - deyə Lavrov bildirib. 

“Biz razılaşa bilərik ki, biz bu formatda yalnız bütün iştirakçıları maraqlandıran mövzuları müzakirə edirik”, - deyə o bildirib və qeyd edib ki, Moskvanın Tbilisi ilə diplomatik əlaqələri yoxdur, ona görə də bu qarşılıqlı əlaqə formasının üstünlüklərini izah etmək imkanları azdır. "Biz türk dostlarımıza, azərbaycanlı dostlarımıza, Ermənistana müraciət etdik ki, gürcü qonşularımıza hələ də bu formata qoşulmağın onlara və bizim hamımıza faydasını izah etsinlər”, - Lavrov vurğulayıb. 

“İndi Rusiya Federasiyasının Prezidentin köməyi ilə Ermənistan və Azərbaycan liderləri arasında ötən ilin hərbi əməliyyatlarından sonra sülh sazişləri əldə olunduğu üçün həm hərbi əməliyyatların başa çatması, həm də ticarət-iqtisadi əlaqələrin inkişafı, bu regionda bütün marşrutların açılması Türkiyə, Rusiya, İran və Gürcüstanın maraqlı olduğu imkanlar açır”, - deyə Lavrov yekunlaşdırıb. 

Bundan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü və Transqafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi ilə çıxış ediblər. Rusiya və İran bu ideyanı alqışlayıb, Gürcüstan bəyan edib ki, bu təşəbbüsdə iştirak etməyi planlaşdırmır, lakin “üçlük” şəklində sülhün qorunması üçün Bakı və İrəvana öz danışıqlar formatını təklif edir. 


Oxunma sayı: 1079

Oxşar yazılar