Baş nazir Sucuoğlu: “Azərbaycanın KKTC-ni tanıması önəmli bir adım olar”

  • 14:15 - 14 Yanvar

Hökumət qurulduqdan sonra Ankaraya ilk rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) baş naziri Faiz  Sucuoğlu "Anadolu" agentliyi müxbirinin suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, Türkiyəyə gələndə özünü evindəki kimi hiss etdiyini deyən Sucuoğlu hər zaman olduğu kimi, Ankarada da böyük qonaqpərvərliklə qarşılandığını bildirib.

Baş nazir Azərbaycanla bağlı münasibətlərdən də söz açıb. KKTC ilə Türkiyənin "iki dövlət, tək millət" olduğunu vurğulayan Sucuoğlu bunları qeyd edib:

"Bu, hər zaman belədir. Azərbaycanı da daxil etsək, "üç dövlət, tək millət". İnşəallah, önümüzdəki müddətdə azərbaycanlı qardaşlarımızla həm siyasi, həm də iqtisadi sahədə təmaslarımız artar. Gözləntimiz, xüsusilə, qardaş olaraq, eyni kökdən gəldiyimiz, eyni dili danışdığımız, eyni dini paylaşdığımız Azərbaycanın da Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımasıdır. Bu, önəmli bir addım olar. Zatən biz də qərarımızı verdik, artıq "federasiya" yoxdur. Bundan sonra iki suveren, bərabərhüquqlu dövlət statusu müzakirə mövzusudur. Bu məsələdə prezidentimiz Ersin Tatarın dik duruşu, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın inanılmaz dəstəyi var".


Oxunma sayı: 1321

Oxşar yazılar