Stoltenberqdən Rusiyaya MESAJ: Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq

  • 14:16 - 14 Yanvar

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukrayna və Gürcüstanı alyansa daxil etmək qərarına gəlib. Lakin onların daxil olma tarixi hələ müəyyən edilməyib. 

Avropa.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna” NATO-nun baş katibi Yens Stoltenberqin “La Repubblica” nəşrinə müsahibəsində verdiyi açıqlamaya istinadən məlumat yayıb. 

“Ukrayna artıq üzvlük üçün müraciət edib və biz onun islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin standartlarımıza uyğun modernləşdirilməsinə yardım edərək, bunun üzərində işləmək qərarına gəldik. 2008-ci ildə biz Ukrayna və Gürcüstanın [NATO] üzvü olacağına qərar verdik, lakin dəqiq nə vaxt açıqlamadıq”, - Stoltenberq bildirib. 

O, NATO-ya üzv olub-olmamağa yalnız Ukraynanın qərar verməli olduğunu qeyd edərək, Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı olmadığını vurğulayıb. 

Stoltenberq Ukraynanın yaxın bir neçə ay ərzində NATO-ya üzv ola biləcəyi sualına belə cavab verib: 

“Ukraynaya yardım indi islahatların gündəliyindədir. Yenə deyirəm: indi söhbət Rusiyanın təcavüzündədir. Onlar Ukraynanın bir hissəsini - Krımı işğal ediblər, separatçıların dəstəyi ilə Donbasa nəzarət edirlər, sonra isə bizi milli suverenliyi pozacaq hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”.


Oxunma sayı: 1046

Oxşar yazılar