Vicdanları sızladan olay: Müdir işçini avomobili çirklənməsin deyə, baqaja mindirdi – VİDEO

  • 12:04 - 14 Yanvar

Antalyanda tikinti şirkətinin sahibi olduğu iddia edilən şəxs, ayaqqabılarını dəyişmək üçün mağazaya apardığı işçini oturacaq yerinə baqajda aparıb. Vəziyyəti görənlər hadisəyə böyük reaksiya veriblər. 

Avropa.info xəbər verir ki, vicdanı sızladan hadisə ötən günlərdə Qazipaşa rayonunda baş verib. 

Tikinti sahəsində çalışan bir şirkətin sahibi işçiyə iş zamanı geyinmək üçün ayaqqabı alıb, lakin ölçüsü kiçik olub. Sonra rəis işçini mağazaya aparmaq istəyib. Mağazanın qarşısına gələndə ön və ya arxa oturacaq əvəzinə açılan baqajdan çıxan fəhləni görənlər gözlərinə inanmayıb. Baqajdan düşərək mağazaya daxil olan və ayaqqabısını dəyişən işçi yenidən baqaja girib və vətəndaşın köməkliyi ilə qapı bağlanıb. 

Görənlərin böyük reaksiyasına səbəb olan hadisə mobil telefonlara və təhlükəsizlik kameralarına əks olunub. Nəqliyyat vasitəsinin sahibi işçini baqaja girməyə məcbur etmədiyini, üzərinin çirkli olduğu üçün baqaja girmək istədiyini iddia edib.


Oxunma sayı: 826

Oxşar yazılar