SON DƏQİQƏ! Ukrayna hökumətinin saytlarına haker HÜCUMU: XİN-in və dövlət qurumlarının saytları sıradan çıxdı

  • 11:37 - 14 Yanvar

Ukraynanın bir sıra nazirlikləri, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyi haker hücumuna məruz qalıb. 

Avropa.info bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib. 

“Kütləvi haker hücumu nəticəsində bir sıra nazirliklərin və dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin saytları sıradan çıxıb. Mütəxəssislər problemi həll etməyə çalışırlar. Kibercinayətkarlıqla Mübarizə üzrə Polis İdarəsi araşdırma aparır”, - Nikolenko bildirib. 

Qeyd edək ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və Nazirlər Kabinetinin saytları da işləmir.


Oxunma sayı: 639

Oxşar yazılar