"Nazarbayev ya ölüb, ya da..." - Rusiyadan SENSASİON İDDİA - Moskva nədən "Elbası"nı "vurur"?

  • 01:37 - 12 Yanvar

"Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir". 

Avropa.info xəbər verir ki, bunu Rusiyalı politoloq, Siyasi Ekspert Qrupunun rəhbəri Konstantin Kalaçev ölkəsinin mediasına açıqlamasında deyib. 

Rus politoloq hesab edir ki, Nazarbayev komada və ya reallıqla əlaqəni itirmiş başqa bir vəziyyətdə ola bilər.

“Onun yaşını xatırlasaq, sağ olsa belə, çox qısa müddətdə əvvəlki durumuna qayıda bilməyəcəyini güman edə bilərik. Bəlkə də o, gələcəkdə bu reallığı dərk edə bilər, amma onun yenidən fəaliyyətə keçə biləcəyi sual altındadır”, - deyə rus politoloq bildirib.

Kalaçev qeyd edib ki, Nazarbayev sonuncu dəfə ötən ilin dekabrın 28-də Sankt-Peterburqda görünüb və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

"Putinlə görüş zamanı normal görünürdü. Lakin, Qazaxıstanda onun səhhətinin pisləşməsi və onkoloji xəstə olması haqda müzakirələr var. Ancaq onkologiya ilə bağlı problemlər tədricən formalaşır, xəstəliyin gedişatını proqnozlaşdırmaq olur. Onun Yeni il ərəfəsində birdən-birə qabiliyyətini necə tamamilə itirdiyi çox aydın deyil. Dərhal fərz etdim ki, çox güman ki, o, ölüb və ya komadadır. Yoxsa Nazarbayevin özü indiki böhranla bağlı çoxdan bəyanat verərdi. O, bu və ya digər şəkildə özünü sübut etməli idi. Bəs Nazarbayev özünü necə göstərdi? Lukaşenko ilə naməlum telefon söhbəti, yoxsa Nazarbayevin mətbuat katibinin onun adından verdiyi bəyanat?"- deyə Kalaçev bildirib.

Rus politoloq eyni zamanda Qazaxıstanın hazırkı prezidenti Tokayevi tərifləməklə yanaşı, Nazarbayevi sərt şəkildə ittiham edib.

Qeyd edək ki, Qazaxıstanda proseslər başlayandan bu günə kimi Rusiya mediası və siyasi elitası Nursultan Nazarbayevin əleyhinə "qara piar" kampaniyasına start verib. Bəzi siyasi şərhçilər Nazarbayevin Türk Birliyi ilə bağlı açıqlamalarına görə Moskvanın qəzəbinə tuş gəldiyini, bəziləri isə Rusiyanın "Elbası"ya qarşı açıqlamalarının planlı bir oyun olduğunu bildirirlər.

Avropa.info


Oxunma sayı: 12981

Oxşar yazılar