Kəlbəcər istiqamətində döyüşlər: Şəhidimizin qisası alındı, təxribat törədən iki erməni hərbçisi MƏHV EDİLDİ (FOTO)

  • 22:39 - 11 Yanvar

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. 

Avropa.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, təxribat nəticəsində müddətdən artıq xidmət edən hərbçimiz  Nəzərov Ayaz Azər oğlu şəhid olduğu haqda da məlumat verilmişdi.

Ermənistan Müdafiə Nazirliyi isə bu gün axşam saatlarında Azərbaycanla sərhədin Kəlbəcər istiqamətində gedən döyüşlərdə 2 hərbçi itirdiklərini açıqlayıb. Nazirliyik bildirir ki, daha 2 əsgər yaralanıb.

“Yanvarın 11-də Ermənistan silahlı qüvvələrinin hərbçiləri 2002-ci il təvəllüdlü Artur Mxitaryan və 2002-ci il təvəllüdlü Rudik Qaribyan Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində həlak olublar”, – Ermənistan MN-nin məlumatında deyilir.

Xatırladaq ki, Azərbaycan MN daha əvvəl erməni tərəfinin təxribatına və vəziyyəti gərginləşdirməsinə cavab olaraq tədbirlər görüldüyünü bildirmişdi.

Məhv edilən təxribatçı erməni əsgərlərinin fotolarını təqdim edirik:


Oxunma sayı: 8845

Oxşar yazılar