SON DƏQİQƏ : Türkiyə millisinin 27 yaşlı məşhur futbolçusu yol qəzasında həyatını itirdi - Dəhşətli qəzadan FOTOLAR

  • 13:20 - 11 Yanvar

Türkiyənin "Konyaspor" futbol klubunun futbolçusu Əhməd Çalık yol qəzasında həyatını itirib.

Avropa.info xəbər verir ki, "Konyaspor"un müdafiəçilərindən olan Ahmet Çalık (27 yaş ) Ankarada baş verən yol qəzasında dünyasını dəyişib.

Qəza Türkiyə saatı ilə saat 09:00 radələrində Gölbaşı səmtinin Hacılar məhəlləsində baş verib.

"Qalatasaray"dan "Konyaspor"a transfer olunan futbolçu Ahmet Çalığın istifadə etdiyi 06 CLK 94 dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda idarəetmədən çıxaraq aşıb. Avtomobildə tək olan Ahmet Çalıkın öldüyü müəyyən edilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Oxunma sayı: 7910

Oxşar yazılar