Fatih Terim "Qalatasaray"la yollarını ayırdı

  • 17:21 - 10 Yanvar

Super Liqa komandalarından olan "Qalatasaray" ardıcıl pis nəticələrdən sonra baş məşqçi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Fatih Terim klub prezidenti Burak Elmasın başçılığı ilə NEF Stadionunda keçirilən idarə heyətinin iclasında iştirak edib. Burak Elmasla görüşən Fatih Terim klubla yollarını ayırıb. 

Qeyd edək ki, 2017-ci ildən kluba baş məşqçilik edən Fatih Terim 1996-2000-ci, 2022-2004, 2011-2013-cü illərdə də komandaya rəhbərlik edib.


Oxunma sayı: 2861

Oxşar yazılar