“Traktor”un məğlubiyyətinə dözmədi, ürəyi dayandı

  • 12:20 - 05 Yanvar

Cənubi Azərbaycan təmsilçisi "Traktor"un azarkeşi komandanın məğlubiyyətinə dözməyərək ölüb.

Avropa.info fanat.az-a istinadən xəbər verir ki, hadisə İran çempionatının XIII turunun “Persepolis” - “Traktor” oyunundan sonra baş verib.

Təbriz təmsilçisinin 1:2 hesablı məğlubiyyətindən sonra Rəsul Musavipur adlı azarkeş ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan "Traktor" 16 komanda arasında 13-cüdür.


Oxunma sayı: 8009

Oxşar yazılar