Messi koronavirusa yoluxub

  • 19:35 - 02 Yanvar

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub.

Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bundan əlavə, Xuan Bernat, Serxio Riko və Natan Bityumazalanın da testi müsbət nəticələnib.

Qeyd edək ki, PSJ yanvarın 3-də Fransa Kubokunun 1/16 final mərhələsində "Vannes"in qonağı olacaq.


 


Oxunma sayı: 10253

Oxşar yazılar