3 Osmanlı padişahı, 27 baş nazir və 12 prezident görüb! - 145 nəvəsi olan Mehmet Niyazi "Osmanlıdan qalmayam" deyir (VİDEO)

  • 18:02 - 01 Yanvar

Türkiyədə Ordunun Məsudiyə rayonunda yaşayan, sağlam qidalanan, heç vaxt ciddi bir xəstəliklə üzləşməyən Mehmet Niyazi Metin özü haqqında "Osmanlıdan qalmayam" ifadəsini işlədir.  

Avropa.info xəbər verir ki, Osmanlı dövlətinin üç padişahı və Türkiyə Cumhuriyətinin 27 baş nazir, 12 prezidentini görən Mehmet Niyazi Metin 1 əsrdir Ramazan aylarında oruc tutur.  

Ordu valisi Tuncay Sonel 14 övlad və 145 nəvəsi olan 112 yaşlı Mehmet Niyazi Metini evində ziyarət edib. “Osmanlıdan qalmayan” deyən Mehmet Niyazi 112 illik həyatında yaşadığı xatirələri danışıb.


Oxunma sayı: 50546

Oxşar yazılar