Azərbaycan hakimləri Türkiyədə növbəti VAR seminarına qatılıb

  • 18:10 - 31 Dekabr

Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib. 
 

Tədbir AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq əsasında gerçəkləşib. 

Seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının video-operatorları iştirak edib. 

Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin qatıldığı dərslərdə nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub. 

Qeyd edək ki, VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar 2 - 4 noyabrda, ikinci seminar 30 noyabr - 2 dekabrda təşkil olunub.(report)


Oxunma sayı: 9318

Oxşar yazılar