
Kəmaləddin Heydərov yenidən Taekvondo Federasiyasının prezidenti seçilib
- 12:02 - 30 Dekabr
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.
Avropa.info apasport.az-a istinadən xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
Gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib.
O, növbəti 4 ildə də ATF-ə başçılıq edəcək.