Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının mümkün qədər tez başlamasının vacibliyi vurğulayıb

  • 23:20 - 08 Dekabr

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in məlumatında bildirilib.

Telefon danışığında nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

S.Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının, sonrakı mərhələdə demarkasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində sazişin praktiki müstəviyə çevrilməsinin vacibliyini bildirib.(apa) 


Oxunma sayı: 4764

Oxşar yazılar