Ukrayna prezidentinin sözçüsü: “Türkiyənin danışıqlara qatılmasına razıyıq”

  • 22:55 - 08 Dekabr

Kiyevin mövqeyi ondan ibarətdir ki, Ukrayna münaqişənin həlli baxımından səmərəli olacaq danışıqların istənilən formatını dəstəkləyir.

Bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlamasında bildirib.

“Biz Rusiya ilə birbaşa danışıqların tərəfdarıyıq. Türkiyənin iştirakı ilə danışıqlara da razıyıq. Normandiya üstəgəl ABŞ variantı da uyğundur. Əsas odur ki, bu əməli nəticələr versin”, - deyə o bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.


Oxunma sayı: 1838

Oxşar yazılar