Malidə partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub

  • 22:30 - 08 Dekabr

Malidə magistral yolda kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində BMT-nin sabitləşdirmə missiyasının 7 sülhməramlısı həlak olub, daha 3-ü ağır yaralanıb. 

Bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib. 


Qeyd edilib ki, BMT sülhməramlılarının avtomobil karvanı Duenza-Sevara marşrutu ilə hərəkət edərkən Bandiaqara şəhəri yaxınlığındakı RN16 şosesində partlayıcı qurğu ilə işə salınıb. 

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.(apa)


Oxunma sayı: 3389

Oxşar yazılar