Daha 3 gənc döyüşçü AVMVİB strukturlarında təmsil olundular

  • 19:35 - 08 Dekabr

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 44 günlük Vətən müharibəsi iştirakçılarını Birliyin strukturlarında vəzifələrə təyin olunmasını davam etdirib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənovun təqdimatıyla rayon şöbəsi sədrinin müavini təyin olunmuş gənc döyüşçüləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev qəbul edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsi sədrinin I müavin Rəşad Alik oğlu Novruzzadə, Sosial məsələlər üzrə müavin İlkin Seymur oğlu İbrahimli və Təşkilati işlər üzrə müavin isə İlham Qənimət oğlu Osmanov təyin ediliblər.


Təyin olunmuş qaziləri təbrik edən AVMVİB sədri Füzuli Rzaquliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AVMVİB-nin keçdiyi yoldan, veteran problemlərinin həlli üçün görülmüş işlərdn məlumat verdi.


Qəbulada Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak edib.


Oxunma sayı: 6546

Oxşar yazılar